Dünən Azərbaycan Dillər Universitetində (ADU) təhsil naziri Mikayıl Cabbarovun "İmtahan sessiyasının təşkili və keçirilməsi barədə" əmrinə əsasən universitetin İctimaiyyətlə əlaqələr Departamentinin təşkilatçılığı ilə imtahan sessiyasının gedişini izləmək üçün növbəti monitorinq keçirilib.
2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə universitetin Pedaqoji (ingilis dili-fransız dili), Filologiyavə jurnalistika, Tərcümə, Əlavə təhsil fakültələrində keçirilən monitorinqdə ADU-nun rektoru vəzifəsini icra edən professor DünyaminYunusov, Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev, İctimaiNəzarət Şurasının üzvləri, QHTnümayəndələri, KİVtəmsilçiləri, təhsil ekspertləri və valideynlər iştirak ediblər.
Onların iştirakı ilə bütün fakültələr üzrə imtahan yazı otaqlarına baxış keçirilib, təhsil ekspertləri və tələbələr imtahan prosesinin gedişi ilə əlaqədar öz fikirlərini media nümayəndələri ilə bölüşüblər.
Monitorinq zamanı, həmçinin universitetdə sessiyailə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün qoyulan müvafiq qutularda nümayəndələrin iştirakı ilə açılıb.
Xatırladaq ki, Azərbaycan Dillər Universitetində yay imtahan sessiyasına start verilib.
ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yusunov 2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə əmr imzalayıb.
Yay imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah yaradılıb.
Bununla yanaşı, ADU-nun 440-35-05, 440-64-82 saylı şəhər və 141, 146, 264 saylı daxili telefonları, eyni zamanda [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt" elan edilib. Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.
S.QARAYEVA