Bakı Dövlət Universitetində (BDU) Məzun günü keçirilib.
Universitetdən 525.az-a verilən məlumata görə, tədbir beynəlxalq tələbə himni olan “Qaudames”in oxunması ilə elan olunub və məzunlar “Universitetim” şeirini ifa ediblər.
Rektor, akademik Abel Məhərrəmov bu əlamətdar gün münasibətilə məzunları təbrik edib.
Qeyd olunub ki, bu il universiteti 4000-dək məzun bitirib, onlardan təxminən 400 nəfəri fərqlənmə diplomuna layiq görülüb, BDU məzunları bu il də magistratura imtahanlarında yüksək göstəricilərə malik olub.
Rektor onu da bildirib ki, bu ali məktəb dünya universitetlərinin reytinqini müəyyənləşdirən “QS World University Rankings 2015/2016” reytinqində 701+, “QS Quacquarelli Symonds LTD” təşkilatının reytinqində isə 88-ci yerdə yerdə qərarlaşıb.
Sonra universitetin 17 fakültəsinin hər birindən fərqlənmə diplomuna layiq görülmüş iki məzuna diplomlar təqdim edildikdən sonra rektorun onların valideynlərinə ünvanlandığı təşəkkür məktubu, eyni zamanda tələbə andı oxunub.
Rektor və tələbələr üzərinə "Məzun-2016" yazılmış şarı havaya buraxıblar. Bununla da rəsmi hissə bağlı elan olunub.