Ukrayna Azərbaycan neftinin öz neft emalı zavodlarına nəqlində maraqlıdır.
"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini Gennadi Zubko XI Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclasında deyib.
"Bundan başqa, biz Azərbaycan neftinin Ukrayna üzərindən Avropa bazarlarına tranzitində maraqlıyıq. Bunun üçün bütün zəruri texniki şərait yaradılıb", - deyə bildirib baş nazirin müavini bildirib.
G. Zubko əlavə edib ki, iclas çərçivəsində Ukraynanın neft-qaz sektoruna Azərbaycan investisiyalarının yatırılması müzakirə olunub.