https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

Azərbaycanlı aktrisa fotoya görə İnstaqramını bağladı

Azərbaycanlı aktrisa fotoya görə İnstaqramını bağladı

ABŞ-da tətildə olan azərbaycanlı aktrisa Nəsrin Cavadzadənin Nyu-Yorkda üç polislə çəkdirdiyi foto qalmaqala səbəb olub.

Axşam.az-ın məlumatına görə, Türkiyədə film və seriallarda rol alan aktrisanın bu fotosu ABŞ-da irqçilikdə ittiham olunan polislərə dəstək kimi qiymətləndirilib. Türk fanatlar onu "Türk polisini tənqid et, amma irqçi amerikan polisi ilə qucaqlaş" şərhləri ilə bezdiriblər.

Əsəbiləşən aktrisa "Dərin deyilsən. İntellektual deyilsən. Sənətçi deyilsən. Tənqidçi deyilsən. Şair deyilsən. Sadəcə internetə daxil ola bilirsən, bu qədər! Aid olduğunuz yerdə qalın, yəni mənim fotolarımın altında..." yazaraq onlara cavab vermişdi.

Bu gün isə 33 yaşlı Nəsrin Cavadzadə etirazlara görə İnstaqram hesabını bağlamaq məcburiyyətində qalıb.

Qeyd edək ki, N.Cavadzadə "Polislər evimi basana qədər səni sevəcəyəm" cümləsinə görə tənqid olunmuşdu. O, isə buna görə "vətən xaini" adlandırılmasının gülünc olduğunu demişdi.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.