|
|
|
|
İrəvan meriyası Raffi Ovannisyan tərəfdarlarının martın 2-dən 10-na qədər Azadlıq meydanında mitinq keçirməsinə icazə verib.
APA-nın “Aemenia Today” saytına istinadən verdiyi məlumata görə, meriyanın saytında bildirilib ki, aksiyalar martın 3-də, 8-də, 9-da və 10-da saat 15-dən 19-ə qədər, martın 4-də, 5-də, 6-da və 7-də isə saat 16-dan 19-a qədər keçiriləcək.
Bundan əvvəl isə şəhər rəhbərliyi R. Ovannisyanın martın 2-də saat 10-dan 21-ə qədər Azadlıq meydanında mitinq keçirməsinə icazə vermişdi.
Xatırladaq ki, aksiyalarda seçki saxtakarlığına etiraz ifadə olunacaq.