“Azərbaycanda savadlı din xadimlərinə böyük ehtiyac duyulur”.
Qafqaz MÜsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, bunu İdarə sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Zaqatalada dindarlarla keçirdiyi görüşdə bildirib.
O qeyd edib ki, sovet vaxtında və sonrakı dövrlərdə din xadimləri ancaq namaz qılmaq, oruc tutmaq və dua verməklə öz işlərini bitmiş hesab ediblər:
“Ancaq indi cəmiyyət də, dünyadakı vəziyyət də sürətlə dəyişir. Bəzi qüvvələr dinimizə qarşı məzhəb ayrı-seçkiliyi salmaq üçün hər cür təxribata əl atırlar.
Ona görə də din xadimlərimiz savadlı olmalıdırlar ki, öz sözlərini xalqa çatdıra bilsinlər”.