Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində Xaçmaz regional mərkəz olmaqla Quba, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarını əhatə edən abidə mühafizəçiləri üçün “Tarixi abidələr bu gün və sabah: mühafizə problemləri” mövzusunda səyyar seminar-treninqə başlanılıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği, bərpası və inkişafı məqsədilə təşkil edilən seminar-treninq iyulun 23-dək davam edəcək.
Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 28 nəfər abidə-mühafizəçi iştirak edir.