Bu gün Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Referendum Aktı layihəsi ilə bağlı xüsusi iclası keçirilir.
APA-nın xəbərinə görə, iclasda Referendum Aktı layihəsinə rəy veriləcək.
Qeyd edək ki, iyulun 18-də Azərbaycan prezidenti tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib.