Sumqayıt Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 27-i məzunu ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb.
Gimnaziyanın direktoru, Əməkdar müəllim Nizami Əhmədov AZƏRTAC-a bildirib ki, gimnaziyada iki buraxılış sinfi olub.
Təhsil müəssisəsini bu il təbiət fənləri üzrə 17, texniki fənlər üzrə isə 25 şagird bitirib.
Onlardan 27-si ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. O cümlədən, 8 abituriyent 650-dən yuxarı nəticə göstərib.
“Bu şagirdlər gimnaziyada çalışqan olmaları, dərsə davamiyyətləri, aldıqları yüksək qiymətlərlə seçiliblər.
Ona görə də, belə uğurlu nəticəni gözləyirdik”, - deyə N.Əhmədov deyib.