Türkiyəli sənətçi Müslüm Gürses dünyasını dəyişib. Axşam.az-ın "Hürriyət"ə istinadən verdiyi məlumata görə, ürəyindən əməliyyat olunan və dörd aydır ki, reanimasiya şöbəsinə yerləşdirilmiş sənətkar bu gün vəfat edib.
Qeyd edək ki, Müslüm Gursəsin mayın 7-də 60 yaşı olacaqdı.