“Elit” Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın Ticarət Mərkəzində quraşdırılmış mobil stansiyada qeydə alınıb. Stansiyanın naqillərində meydana gələn yanğın qısa zamanda söndürülüb.
.......
“Elit” Ticarət Mərkəzində yanğın başlayıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib.
Yanğının söndürülməsi üçün əraziyə 5 yanğınsöndürən maşın göndərilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.