https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
search
19 Aprel 2024
18 Aprel 2024

Sılanın Bakı konserti təxirə salınacaq?

Sılanın Bakı konserti təxirə salınacaq?

Türkiyəli müğənni Sılanın Bakı konsertinin təxirə salınması haqda xəbərlər yayılıb.

Konsertin təşkilatçısı Tural Vəlizadə Axşam.az-a açıqlama verərək bu barədə yayılan xəbərləri təkzib edib.

O, türkiyəli müğənninin dünya turu çərçivəsində Bakıda verəcəyi konsertlə bağlı problem olmadığını bildirib.

Təşkilatçı əlavə edib ki, Türkiyədə baş verənlərlə bağlı Sıla artıq açıqlama yayaraq bunun anlaşılmazlıq olduğunu bildirib:

"Sıla vətənpərvər insandır. Türkiyəni də, Azərbaycanı da çox sevir. Hətta Bakıdakı konsertində Azərbaycan dilində bir vətənpərvər mahnı oxuyacaq".

Xatırladaq ki, Türkiyədə 15 iyul hərbi çevrilişə cəhd gecəsindən sonra avqustun 7-də İstanbulda keçirilmiş “Demokratiya və Şəhidlər Mitinqi” barədə “çevrilişə qarşıyam, amma şouya qatılmayacağam” yazıb. Bundan sonra onun bəzi konsertləri ləğv olunsa da, müğənniyə sosial mediada dəstək kampaniyası da başladılıb. Dünən isə Sıla dediyi sözlər haqda açıqlama yayıb:

"Gündəmi belə şeylərlə məşğul etdiyim üçün utanıram. Demokratiya fərqli fikirlərə hörmət etməkdir. Şəhidlərimizə və demokratiya növbəsi tutan vətəndaşlarımıza qarşı heç bir söz deməmişəm. Dediklərim mediada dəyişdirilərək yayılıb...".

Xatırladaq ki, “Velizadə prodakşın”ın təşkil etdiyi tədbir dekabrın 3-də Heydər Əliyev Sarayında baş tutacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.