Milli seçimlərin final mərhələsi "Buta Palace"da keçiriləcək
Azərbaycanın "Eurovision 2013" təmsilçisinin kimliyi martın 14-də müəyyənləşəcək.
APA-nın məlumatına görə, təmsilçinin seçilməsi üçün qeyd olunan gün "Buta Palace"da final mərhələsi keçiriləcək. Həmin gün 9 finalçı Azərbaycanı bu mötəbər yarışmada təmsil etmək uğrunda mübarizə aparacaq.
Artıq final konserti üçün bilet satışına başlanılıb. Finalda yarışacaq 8 iştirakçı məlum olsa da, 9-cu iştirakçı bu həftənin sonunda müəyyənləşəcək.