https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
https://525.az/img/pics/medium/2024-04/311281_jxbis1b4yu.jpg Azərbaycanın təhsil sistemi milli təhlükəsizlik kontekstində
https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg Minnətdarlıq duyğusu - Qəzənfər Paşayev yazı
search
25 Aprel 2024

"Neftçi"dən AFFA-nın qərarına etiraz

"Neftçi"dən AFFA-nın qərarına etiraz

“Neftçi” futbol klubu olaraq, Cavid İmamverdiyevin hərəkətinə heç bir halda haqq qazandırmırıq. Cəzası ağır olsa da, biz bununla barışırıq. Bundan əvvəl də futbolumuzda belə hərəkətlər olub. Həmin futbolçular 3-4 oyunluq cəzalandırılıb. Altı oyunluq cəza bir qədər ağırdır. Ancaq yenə qeyd edirəm bu cəzayla barışmalıyıq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi” klubunun Mətbuat və İctimayətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə AFFA-nın İntizam Komitəsinin “Neftçi”nin futbolçusu Cavid İmamverdiyevi cəzalandırmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, “Neftçi” klubu Cavid İmamverdiyevin cəzasıyla razılaşsa da, qarşı tərəfin cəzalandırılmamasına narahat olub: “Cavidi bu hərəkətə təhrik edən "Simurq"un futbolçusu özü mətbuatda etiraf edib ki, mən onu söymüşəm. Bu da istənilən halda təhqirdir. Söyüş, təhqir qırmızı vərəqə deməkdir. Hakim bunu eşitməyə bilər. Ancaq AFFA-nın İntizam Komitəsi buna baxmalıydı. Futbolçunu qaydalara uyğun olaraq cəzalandırmalıydı. İntizam komitəsinin qərarında bu oyunçu ilə bağlı nəinki cəza, heç xəbərdarlığa da rast gəlmədik. “Simurq”la oyun qabağı kim bizə zəmanət verə bilər ki, həmin futbolçu “Neftçi” ilə oyunda hansısa futbolçumuzu təxribata çəkməyəcək? Bu məqama diqqəti çəkmək istəyirəm. Yaxşı olardı ki, İntizam Komitəsi “Simurq”un futbolçusunun etirafına da baxardı. Bizim etirazımız sırf bunadır. Cavid İmamverdiyevin altı oyunluq cəzalandırılmasına heç bir etirazımız yoxdur”.

Xatırladaq ki, AFFA-nın İntizam Komitəsi Azərbaycan kubokunun 1/ 4 final mərhələsinin “Simurq” – “Neftçi” oyunu başa çatdıqdan sonra Cavid İmamverdiyevin rəqibə tüpürməsinə görə, ona altı oyunluq cəza kəsib, “Neftçi” klubunu isə beş min manat cərimələyib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.