Türkiyənin “Qalatasaray” klubu Bakıda futbol məktəbi açır.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə klub, “Qalatasaray” Fatih Terimlə gənc aslanlarını axtarır” layihəsi çərçivəsində futbol məktəblərinin sayını artırmağı qərara alıb. Yeni yaradılacaq məktəb, “Bakı Qalatasaray futbol məktəbi “ adlandırılacaq.
Qeyd edək ki, Orxan Məmmədəliyevin rəhbərlik edəcəyi məktəb, 1 aprel 2013-cü il tarixindən Bakı Tennis Akademiyasında fəaliyyətə başlayacaq.