ABŞ vitse-prezidenti Co Bayden avqustun 23-də Latviyaya işgüzar səfər edəcək.
APA-nın “Baltnyus” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində C.Bayden Latviya prezidenti Raymond Veyonis və baş nazir Maris Kuçinskis ilə görüşəcək.
Danışıqlar zamanı NATO-nun Varşava sammitində qəbul olunan qərarlar, ABŞ-Latviya iqtisadi əlaqələri, enerji, investisiya mühiti və digər əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Daha sonra Co Bayden Türkiyə və İsveçə işgüzar səfər edəcək.