Bakıda Yaponiyanın mədəniyyət günü təşkil olunub.
AZƏRTAC xəbər verir ki, yapon.az saytının təşkilati dəstəyi ilə reallaşan tədbir “Made in Japan” adlı layihə çərçivəsində reallaşıb.
Tədbirdə nümayiş olunan yapon rəqsləri, musiqisi, səhnəciklər, yapon döyüş sənəti, yarışlar, oriqami, suşi və digər maraqlı əyləncəli oyunlar insanların zövqünü oxşayıb.
Tədbirin təşkil olunmasında məqsəd Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq və insanlara gündoğan ölkənin mədəniyyəti haqqında daha çox məlumat çatdırmaqdan ibarətdir.
Bir gün davam edən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.