Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 31-də Qazax rayonunda Ağstafa, Tovuz və Qazax rayonlarının sakinlərini qəbul edəcək.
Komitədən 525.az-a verilən məlumata görə, qəbul Qazax şəhər Ədəbiyyat Muzeyində (ünvan: Heydər Əliyev prospekti 98A) saat 10:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan Komitənin Tovuz bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.