Ukrayna Donbasdakı hərbi münaqişə nəticəsində son iki ildə 2504 hərbçi itirib.
APA-nın məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko Ukraynanın müstəqilliyi günü ilə əlaqədar keçirilən paradda çıxışı zamanı deyib.
O bildirib ki, düşmən heç bir strateji tapşırığı yerinə yetirə bilməyib və Ukraynanı çökdürməyə nail olmayıb: “Məhz buna görə də 2504 döyüşçümüz həyatını itirib”.