Suriyanın Kəklicə qəsəbəsi "İŞİD" terrorçularından azad edilib.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, Türkiyə ordusu və koalisiya qüvvələrinin birlikdə keçirdikləri əməliyyat nəticəsində Suriyanın Kəklicə qəsəbəsi "İŞİD"dən təmizlənib.
Məlumata görə, Kəklicə Suriyanın Tükiyə ilə sərhədindən 3 kilometr aralıda yerləşir.
Qəsəbənin terrorçulardan azad edilməsi əməliyyatında Türkiyə ordusuna Suriya Azadlıq Ordusu və beynəlxalq koalisiya qüvvələri dəstək verib və terrorçuların mövqelərinə havadan zərbə endiriblər.