Türkiyə ordusunun Suriyada həyata keçirdiyi “Firat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusunun qüvvələri 2 kəndi "İŞİD" terror təşkilatından azad edib.
APA-nın “Hürriyet’ qəzetinə istinadən verdiyi məlumata görə, öncə Türkiyə sərhədindən 3 km uzaqlıqda yerləşən Keklice, daha sonra Kıvırcık kəndi "İŞİD"dən təmizlənib. Son xəbərlərə əsasən daha 2 kənd terrorçulardan geri alınıb.
Qeyd edək ki, bu gün səhər saat 04:00-da Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyanın Cerablus bölgəsini "İŞİD"dən təmizləmək üçün “Firat qalxanı” əməliyyatına start verib. İndiyə qədər 46 "İŞİD" terrorçusu öldürülüb, "İŞİD"in bomba yüklü 3 avtomobili məhv edilib.