Türkiyədə 2847 hakim və prokuror tutduqları vəzifələrdən xaric edilib.
APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün Türkiyə Hakim və Prokurorlar Ali Şurası qərar qəbul edib.
Qərara əsasən, Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 2847 hakim və prokuror tutduqları vəzifələrdən kənarlaşdırılıb.