Türkiyə Silahlı Qüvvələri Suriyanın Cerablus şəhərinin girişinə çatıb.
Bu barədə Trend Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən məlumat verir.
Hazırda Türkiyə SQ "İŞİD"in mövqelərini atəşə tutur.
İndiyədək 4 kənd "İŞİD"dən azad olunub, terror təşkilatının 46 silahlısı məhv edilib.