https://525.az/img/pics/medium/2023-12/296612_wcds461sdv.jpg Yerli "Dostoyevski"lərimiz
https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
search
24 Aprel 2024
23 Aprel 2024

Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarına böyük nümayəndə heyəti ilə gedir

Azərbaycan II Ümumdünya Köçərilər Oyunlarına böyük nümayəndə heyəti ilə gedir

Azərbaycan ilk oyunlarda olduğu kimi, II Ümumdünya Köçərilər Oyunlarında da böyük nümayəndə heyəti ilə çıxış edəcək.

Sentyabrın 3-dən 8-dək Qırğızstanın İssık-Kul gölünün sahilində yerləşən Çolpon-Ata şəhərində keçiriləcək oyunlarda Azərbaycan nümayəndə heyətinə gənclər və idman naziri Azad Rəhimov başçılıq edəcək.

9 idman növü üzrə 70-dən çox idmançımızın iştirak edəcəyi oyunlarda 14 hakimimiz də yer alacaq.

İdmançılarla yanaşı Azərbaycandan jurnalistlər də bu oyunlara dəvət olunublar. Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin rəhbərliyi ilə Qırğızıstana səfər edəcək jurnalistlər arasında “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “İlham” qəzetinin baş redaktoru Əmir Pəhləvan, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya üzrə müxbiri Fizuli Məcidli və digərləri kimi tanınmış jurnalistlər var.

Həmçinin, Qırğızıstan hökumətinin müraciətini nəzərə alaraq, II Ümumdünya Köçərilər Oyunları çərçivəsində keçiriləcək mədəni tədbirlərdə iştirak etmək üçün Azərbaycanın Xalq artisti, opera ifaçısı Fidan Hacıyeva, estrada müğənnisi Ələsgər Əliyev və Sahib Paşazadənin bədii rəhbəri olduğu “Muğam trio” qrupu Qırğızstana yola düşəcəklər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.