İndoneziyanın Hərbi Dəniz Qüvvələri tərəfindən Malayziyaya məxsus neft tankeri tapılıb.
Bu barədə Associated Press məlumat yayıb.
Malayziya hökuməti göyərtəsində 900 min litr dizel yanacağı olan tankerin Batam adaları yaxınlığında, İndoneziyaya məxsus sularda olduğunu bildirib.
Daha sonra məlum olub ki, tanker oğurlanmayıb, şəxsi heyət arasında baş verən fikir ayrılığı nəticəsində İndoneziyaya istiqamətlənib.
Hərbi Dəniz Qüvvələrinin yaydığı məlumata əsasən, gəmi 10 nəfər şəxsi heyətlə birlikdə İndoneziyanın Qərbi Kalimantan vilayətində tapılıb.
AzərTAc