|
|
|
|
"WikiLeaks" Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klintonun seçki kampaniyası ilə bağlı sənədləri ictimaiyyətə çatdırmaq niyyətindədir.
"Report" ABŞ KİV-nə istinadən xəbər verir ki, bu barədə "WikiLeaks"in yaradıcısı Culian Assanj məlumat verib.
O, sənədlərin detallarını açıqlamayıb, ancaq sənədlərin mənbələrinin seçki kampaniyası ilə bağlı müxtəlif institutlar olduğunu bildirib.
C.Assanjın sözlərinə görə, bəzi sənədlər olduqca maraqlıdır, bəziləri isə artıq məlum faktları fərqli şəkildə göstərə bilər.