|
|
|
|
Avqustun 26-da İstanbulda dünyanın ən geniş asma körpüsünün açılış mərasimi keçiriləcək.
Rəsmi məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğanın da iştirakı edəcəyi Yavuz Sultan Səlim körpüsünün açılışına çoxlu xarici qonaq qatılacaq.
Körpünün tikintisinə 3 milyard ABŞ dolları həcmində vəsait xərclənib.
İstanbul boğazı üzərində inşa olunan körpü avtomobillər üçün 8 hərəkət zolağından və iki dəmir yolu xəttindən ibarətdir.
Eni 59 metr olan körpünün ümumi uzunluğu 2 min 164 metrdir. Körpü Avropa ilə Asiya arasında hərəkət edən avtomobillərə pulsuz xidmət göstərəcək.
AzərTAc