Bu gün səhər saatlarında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin komandanı, general Zəkai Aksakallı Suriyanın Cerablus şəhərinə gedib.
APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Z. Aksakallı Türkiyə ordusunun həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı çərçivəsində "İŞİD" terrorçularından azad edilən şəhərdə müxalif Azad Suriya Ordusunun komandirləri ilə görüşüb.
Qeyd edək ki, Türkiyə ordusunun Suriyada həyata keçirdiyi əməliyyatlarda xüsusi təyinatlılar əsas rol oynayır.