Avqustun 26-da İsveçrənin Cenevrə şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri arasında görüş keçiriləcək.
APA-nın Moskva müxbirinin məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
O deyib ki, sabah günün birinci yarısında baş tutacaq görüşdə Suriyadakı vəziyyət, Ukrayna böhranı və iki ölkə arasındakı münasibətlər müzakirə olunacaq.