Fransanın tanınmış modelyeri, Paris modasının əfsanəsi sayılan dizayner Sonya Rikel vəfat edib.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, o, 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, S.Rikel 1930-cu ildə Parisdə, Rusiyadan Fransaya köçmüş yəhudi ailəsində doğulub.
17 yaşından moda ilə məşğul olan S.Rikeli ilk dəfə 1962-ci ildə hamilə xanımlar üçün yun köynəklərin dizaynını verib. Onu "Trikotajın kraliçası" adlandırırdılar. Karyerası boyunca çoxlu dəfilələri nümayiş edilən modelyer son illər parkinson xəstəliyindən əziyyət çəkirdi.