Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinin partladılması nəticəsində 9 nəfər ölüb, 64 nəfər yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə "Reuters" məlumat yayıb
*** 10:07
Türkiyənin Şırnaq vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinə silahlı basqın olub.
APA-nın yerli mətbuata istindən xəbərinə görə, idarədə güclü partlayış törədilib.
Partlayış nəticəsində bina tamamilə dağılıb. Hələlik ölən və ya yaralananlar barədə məlumat yoxdur.
Hadisə yerinə 12 təcili tibbi yardım maşını, 2 təcili tibbi yardım helikopteri və xilasetmə briqadaları, qonşu rayonlardan hərbçilər və polislər cəlb olunub.
Hazırda ərazidə atışma səsləri eşidilir.