Türkiyənin tanınmış aktyoru, “Yeşil çam”ın məşhur siması 66 yaşlı Tarık Akanın səhhətində ciddi problem yaranıb.
APA-nın “Uçankuş TV”yə istinadən verdiyi xəbərə görə, sənətçi ağ ciyər xərçəngindən əziyyət çəkir.
Onun müalicəyə başladığı, evindən çölə çıxmadığı, heç kimlə görüşmədiyi bildirilir.
Tarık Akan indiyədək yüzdən çox filmdə rol alıb. Onun yadda qalan rollarından biri də “Hababam sınfı”nda “Damat Ferit” obrazıdır.