|
|
|
|
Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıc yeni ölkəyə təyin olunub.
"Report" "Haberturk"ə istinadən xəbər verir ki, diplomat rəsmi Ankaranın Moldovadakı səfiri təyin edilib.
Qeyd edək ki, H.Kılıc 2008-ci ilin martından 2012-ci ilin sentyabrınadək Türkiyənin Azrərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olub.
2012-ci ildən isə ölkəsinin Xarici İşlər Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.