https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
search
24 Aprel 2024

Nazir Bakı Kristal Zalında

Nazir Bakı Kristal Zalında

Gənclər və idman naziri Azad Rəhimov 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi Bakı Kristal Zalında olub.

Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, A.Rəhimova hazırlıq işləri barədə məlumat verilib.

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov arenanın mötəbər yarışa tam hazır olduğunu bildirib.

Görüş zamanı oyun zalı, mətbuat mərkəzi, konfrans və sərgi otaqlarına baxış keçirildikdən sonra olimpiadanın açılış mərasimi müzakirə edilib.

İştirakçı komandalar Bakıya eyni vaxtda gələcəyindən onların hava limanında qarşılanması barədə danışılıb.

Qeyd edək ki, Bakı Şahmat Olimpiadasında 182 kişi, 142 qadın komandası mübarizə aparacaq. Mötəbər yarışın təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.