APA-nın “Milliyyət”ə istinadən verdiyi məlumata görə, terrorçu-kamikadze partlayıcı qurğu olan avtomobili binaların birinin içinə sürüb.
Nəticədə ən az 65 nəfər ölüb. 60 nəfər isə xəstəxanalara yerləşdirilib. Səlahiyyətli şəxslər bildiriblər ki, dağıntılar altından ölən və yaralılar çıxarılır.
Hadisənin məsuliyyətini "İŞİD" öz üzərinə götürüb.