https://525.az/img/pics/medium/2024-03/308276_6v9cixp5v4.jpg İnsan olmağın tək yolu
https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
search
29 Mart 2024

Azərbaycanda danışılmış oyunlarla bağlı cəzalar veriləcək

Azərbaycanda danışılmış oyunlarla bağlı cəzalar veriləcək

AFFA rəhbərliyinin təşəbbüsü ilə Apellyasiya və Ekspert Komitəsi şübhəli oyunlarla bağlı iclas keçirilib.

525.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, iclasda AFFA-nın hüquqşünası Rəmiş Malıyev tərəfindən komitə üzvlərinə nəticəsi əvvəlcədən müəyyənləşdirilən şübhəli oyunlar və bu oyunlarla bağlı xüsusi qrupun apardığı araşdırmalar barədə məlumat verilib. Komitə üzvləri xüsusi qrupun məlumatlarını və digər mənbələrdən AFFA-ya daxil olan məlumatları ətraflı müzakirə ediblər. Müzakirələr zamanı əsas diqqət şübhəli oyunlarla bağlı komitənin qəbul edəcəyi müxtəlif növ cəza tədbirləri və bu tədbirlərin  ağırlıq dərəcəsi olub.

Komitənin iclasında  Avropa Şurası çərçivəsində 2013-cü ildə qəbul olunması nəzərdə tutulan idman oyunlarının nəticələrinin manipulyasiyasına qarşı konvensiya da müzakirə olunub. İclasın yekununda qərara alınıb ki, AFFA-nın növbəti İcraiyyə Komitəsinin iclasında danışılmış oyunlarla bağlı sərt cəza tədbirlərinin tətbiq olunması və bu cəzaların Premyer liqa yarışlarının intizam qaydalarına daxil edilməsi məsələsi qaldırılsın.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.