BMT İnkişaf Proqramının (İP) Bakıdakı rezident nümayəndəsinə müavin təyin olunub.
"Report" xəbər verir ki, bu vəzifəyə italyan Alessandro Frakassetti təyin edilib.
A.Frakassetti 12 il ərzində BMT İP-də rəhbər vəzifələrdə çalışıb.
O, 2011-ci ildən 2016-cı ilin iyul ayına kimi Skopyedə (Makedoniya) və 2006-cı ildən 2011-ci ilə kimi Zaqrebdə (Xorvatiya) rezident nümayəndənin müavini kimi, o cümlədən 2004-cü ildən 2006-cı ilədək Minskdə (Belarus) rezident nümayəndənin köməkçisi kimi xidmət göstərib.
Həmçinin A.Frakasetti daha əvvəl İtaliya Xarici İşlər Nazirliyində çalışıb. Yeni rezident nümayəndənin müavini ingilis, fransız, serb-xorvat-bosniya və italyan dili də daxil olmaqla dörd dildə sərbəst danışır, rus dilində isə ilkin biliklərə malikdir.
Qeyd edək ki, BMT İnkişaf Proqramının Bakıda rezident nümayəndəsi Qulam İsakzaidir.