https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
search
18 Aprel 2024

“Qalatasaray” və “Fənərbaxça”nın prezidentləri cəzalandırıldı

“Qalatasaray” və “Fənərbaxça”nın prezidentləri cəzalandırıldı
Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi klub rəhbərlərinə sərt cəzalar tətbiq edib.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, xüsusən də, “Fənərbaxça”nın prezidenti Əziz Yıldırımın cəzası şok effekti verib.
 
Belə ki, idman prinsiplərinə zidd açıqlamalar verən klub rəhbəri 120 gün müddətinə prezident səlahiyyətlərindən məhrum edilib. Həmçinin Yıldırım 140 min lirə cərimə də ödəyəcək. Onun “Qalatasaray”lı həmkarı Dursun Özbək də yaxasını cəzadan qurtara bilməyib. Ona isə klubun rəsmi saytına idman prinsiplərinə zidd açıqlama verdiyi üçün 45 gün səlahiyyətlərindən məhrum edilmə cəzası və 30 min lirə cərimə tətbiq edilib.
 
“Bursaspor”un prezidenti Ali Ay da eyni səbəbdən 45 günlük öz hüquqlarından məhrum edilib, 30 min lirə cərimələnib. “Bursapsor”un rəsmi saytında çıxan bir xəbərə görə isə klub əlavə 100 min lirəlik cərimə olunub. “Qalatasaray” tərəfi də eyni səbəb üzündən eyni məbləğdə cərimələnib. “Trabzonspor”un İdarə Heyətinin üzvü Gökhan Saral isə, nə az, nə çox, düz 180 gün müddətinə vəzifəsini icra edə bilməyəcək. Saral həmçinin 290 min lirə də cərimə ödəməli olacaq.
 
Maraqlıdı ki, Nizam-İntizam Komitəsi TFF-nin İdarə Heyətinin üzvü Yaşar Aşçıoğluya da cəza kəsib. O da idman prinsiplərinə zidd açıqlamalarına görə, 45 gün müddətinə vəzifəsindən kənarlaşdırılıb.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.