https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Yusif Həsənbəy dəst-xətti: "Can sağlığının sorağında"
https://525.az/img/pics/medium/2023-05/269387_2n0h6e11dm.jpg Dayanan zaman - Orxan Aras yazır
https://525.az/img/pics/medium/2024-04/310997_ohb5q239fl.jpg "Xaricdə təhsil üzrə Dövlət Proqramı gənclərin inkişafına möhtəşəm dəstəkdir"
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
23 Aprel 2024

Səbinə Babayevanın toyu oldu (FOTO)

Səbinə Babayevanın toyu oldu (FOTO)

Azərbaycanı “Eurovision 2012” mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva Cavidan Şərifovla ailə həyatı qurub.

APA-nın məlumatına görə, ötən gün paytaxt restoranlarının birində cütlüyün toy mərasimi keçirilib. Toy mərasimində Səbinə Babayeva ilə “Eurovision” səhnəsində çıxış edən Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov, Səbinənin yaxın dostu və bu il Gürcüstanı Bakıda keçirilən “Eurovision” yarışmasında təmsil edən Anri Coxadze də iştirak edib. Toyun keçirildiyi restoranın salonunda qonaqların xatirə yazması üçün Cavidan və Səbinənin maraqlı fotosu qoyulub.

Cütlüyün nikah mərasimi qonaqların iştirakı ilə baş tutub. Mərasimdə bir çox tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Toy mərasimini Rüstəm Zeynallının rəhbərlik etdiyi “Şeron” qrupu idarə edib. Əməkdar artistlər Tünzalə Ağayeva, Eyyub Yaqubov, Ədalət Şükürov, Abbas Bağırov, Lalə Məmmədova, Gürcüstandan təşrif buyurmuş Anri Coxadze, “Eurovision-2008”də Azərbaycanı təmsil etmiş Elnur Hüseynov, müğənnilər Ülviyyə Rəhimova, Elnur, Kamilla və başqaları Cavidan və Səbinəni öz ifaları ilə təbrik ediblər. Cütlüyün qarşısına gətirilən plovun təsadüfən yerə dağılması da qonaqlar tərəfindən müsbətə yozulub.

Toyda Cavidan və Səbinə müxtəlif janrlarda mahnıları mahirliklə ifa ediblər. Mərasim saat 03:00 radələrinə kimi davam edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.