|
|
|
|
Almaniyada yaşayan azərbaycanlı musiqiçi, pianoçu, Köln Musiqi Akademiyasının dosenti Elnarə İsmayılova Melanthon Akademiyasında geniş mühazirə və musiqi proqramı ilə çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, E.İsmayılova böyük rus bəstəkarı Dmitri Şostakoviçin 110 illiyinə həsr olunmuş tədbirdə tamaşaçılar qarşısına çıxıb. Həmyerlimizin təşəbbüsü ilə proqramda Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin yaradıcılığına da xüsusi yer ayrılıb. Çıxışında Köln Musiqi Akademiyasının dosenti Q.Qarayevin yaradıcılığı və onun "Şostakoviç məktəbi" ilə əlaqələri haqqında məlumat verib. Q.Qarayevin bəstəkarlıq istedadının Şostakoviç tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Pianoçu Qara Qarayevin Azərbaycan musiqisində folklor ilə müasirlik simbiozundan danışaraq, onun məhz bu sahədə XX əsrin musiqisinə verdiyi töhfənin əhəmiyyətini vurğulayıb.
Daha sonra Elnarə İsmayılova Şostakoviçin əsərləri ilə yanaşı, Qara Qarayevin "24 prelüd" əsərini ifa edib.
Qara Qarayevin musiqisi tamaşaçılarda böyük maraq doğurub. Tədbirin sonunda qonaqlar E.İsmayılovaya böyük bəstəkarın yaradıcılığı haqqında, ümumiyyətlə, Azərbaycan mədəniyyətinə dair suallar verib, müzakirələr aparıblar.
Şahin Növrəsli Berndə konsertlər verəcək
Azərbaycanın İsveçrədəki səfirliyinin Beynəlxalq Bern Caz Festivalının təşkilatçıları ilə əməkdaşlığı nəticəsində Bern şəhərində yerləşən "İnnere Enge" adlı, dünyanın yeganə caz mehmanxanasının "Marians Jazzroom" caz klubunda oktyabrın 4-dən 8-dək tanınmış caz pianoçumuz Şahin Növrəslinin ifasında Azərbaycan caz konsertləri təşkil ediləcək.
Səfirlikdən bildiriblər ki, tədbir zamanı caz ifaçısı Şahin Növrəsli hər gecə iki müxtəlif konsert proqramı olmaqla beş gün müddətində İsveçrə cazsevənlərini Azərbaycan cazının incəlikləri ilə əyani tanış edəcəkdir. Həmin, konsertlər zamanı tamaşaçılara milli mətbəximizin təamları və Azərbaycan şərabları təqdim ediləcək.
Bununla yanaşı, konsertlər zamanı tamaşaçılara Azərbaycan mədəniyyəti və turizm potensialını özündə əks etdirən kitab və broşürlər, o cümlədən, musiqi diskləri təqdim olunacaq.
İctimaiyyətə geniş məlumat verilməsi üçün "İnnere Enge" mehmanxanasının xüsusi caz proqramının broşürlərində (Azərbaycan barədə xüsusi reklam məlumatları da nəşr edilib, həmçinin İsveçrə caz radiosunun təqvimlərində "Marians Jazzroom" caz klubundakı konsertlər barədə məlumat da öz əksini tapıb.
Haqlarında ən çox danışılan cütlük olan Bred Pitt və Ancelina Coli boşanma qərarı alıb.
Axşam.az TMZ-yə istinadən xəbər verir ki, cütlük 10 illik münasibətdən sonra 2014-cü ildə evlənmişdi.
Pitt və Colinin uşaqlarla bağlı bir məsələyə görə bərk mübahisə etdiyi və buna görə ayrılmaq istədikləri bildirilir. Cütlüyə yaxın mənbə Colinin 6 uşağı himayəsinə almaq istədiyini deyib.