Bauman adına Moskva Dövlət Texniki Universitetinin müəllimi, Maşınqayırma İnstitutunun Elmi Tədqiqat Mərkəzinin əməkdaşı Vladimir Lapıgin 7 il azadlıqdan məhrum edilib.
"Report" BBC-yə istinadən xəbər verir ki, 76 yaşlı universitet müəllimi dövlətə xəyanətdə ittiham olunub.
Məlumata görə, o, Moskva şəhər məhkəməsinin qərarı ilə cəzasını ciddi rejimli həbsxanada çəkəcək.
Qeyd edək ki, V.Lapıgin 2015-ci ilin may ayından ev dustaqlığında olub.
O, "Roskosmos"un (Rusiya Kosmik Tədqiqatlar Mərkəzi) şirkətlərindən birində işlədiyi dövrdə Asiya dövlətlərindən birinə gizli informasiyalar ötürüb.