AŞPA-nın Azərbaycanda keçirilən referendumla bağlı qiymətləndirmə missiyası səsvermə prosesinin müşahidəsinə başlayıb.
APA-nın məlumatına görə, 7 nəfərlik missiya üzvləri ayrı-ayrılıqda müşahidəyə başlayıblar.
İlk olaraq AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak 29 saylı Səbail rayon seçki dairəsinin 4 saylı seçki məntəqəsinə baş çəkib.