Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycanda ikinci dəfə keçirilən “ADEX 2016” beynəlxalq müdafiə sərgisini ziyarət edib.
APA-nın xəbərinə görə, Azərbaycan prezidenti Müdafiə Sənayesi Nazirliyinin və sərgidə iştirak edən xarici ölkələrin pavilyonlarında olub.
Qeyd edək ki, “ADEX-2016” sərgisinə 34 ölkədən 216 şirkət, 19 ölkədən 25 rəsmi nümayəndə heyəti qatılıb.
Ziyarətçi şirkət və qurumlarla birlikdə sərginin coğrafiyası 44 ölkəni əhatə edir. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən “ADEX-2016” sərgisində 260 addan çox müdafiə təyinatlı məmulat nümayiş olunur.
“ADEX-2016” sərgisi 27-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.