Oktyabrın 4-ü, saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində "To be not To be" adlı qısametrajlı filmin təqdimatı olacaq.
525.az-ın məlumatına görə, filmin rejissoru Cavad Nur, aktyorlar isə Günəş Mehdizadə və Bəhruz Vaqifoğludur.
Ekran əsəri aborta həsr olunub. Bir neçə ideyanı birləşdirən filmdə ana xətt abort edilən uşaqların günahsız, cinayət qurbanı olduqlarını diqqətə çatdırmaqdır.