https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

“Qarabağ”a problem yaratmalıyıq”

“Qarabağ”a problem yaratmalıyıq”

“Biz bu turnirə yaxşı başlamışıq. İlk turda səfərdə PAOK-a uduzsaq da, qələbəyə layiq idik”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Fiorentina”nın baş məşqçisi Paulo Souza Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.

O, “Qarabağ” haqda müsbət fikirdə olduğunu bildirib:

“Qarabağ” artıq 8 ildir ki, eyni baş məşqçinin rəhbərliyi altında çıxış edir. Beynəlxalq oyun təcrübələri də çoxdur. Çalışacağıq ki, rəqibə fərqli yollarla problem yaradaq. Hazırlığımızı meydanda göstərməliyik.

Əsas məqsədim komandada sağlam rəqabət yaratmaqdır. Oyunumuzda eniş və yüksəliş ola bilər. Ancaq oyun ənənəmizi qorumalıyıq. Sabahkı görüşdə də oyunumuza sadiq qalacağıq.Jurnalistlər nəticəni əsas hesab edir, ancaq komanda getdikcə artırmaqla yaşayır”.

Qeyd edək ki, sabah keçiriləcək “Fiorentina” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.