Azərbaycan Cüdo Federasiyasının rəsmi internet televiziyası - “Cüdo TV” fəaliyyətə başlayıb.
Bu barədə AzərTAc-a Azərbaycan Cüdo Federasiyasından məlumat veriblər.
“Cüdo TV”də Azərbaycan cüdo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar təqdim olunacaq.
Həmçinin hər həftə ölkəmizin tanınmış cüdoçularının iştirakı ilə proqram efirə veriləcək.