Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo neft hasilatının dondurulmasına dair razılaşmanı təsdiqləyib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, M.Barkindo deyib ki, hasilatın sutkada 32,5-33 milyon barelədək məhdudlaşdırılmasına dair razılaşma əldə edilib.
Razılaşma noyabrın 30-da Vyanada OPEC-ə üzv ölkələrin keçiriləcəyi rəsmi toplantıdan sonra qüvvəyə minəcək.