Bakıda tuneldə sərnişin avtobusu iki avtomobillə toqquşub
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 10.00 radələrində Nərimanov rayonu ərazisindəki tuneldə qeydə alınıb. 13 saylı xətt üzrə hərəkətdə olan iri tutumlu sərnişin avtobusu “Range Rover” və “Chevrolet” markalı minik maşınları ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki minik avtomobilinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.