Rusiyada yaşayan azərbaycanlı iş adamı, bəstəkar-müğənni Emin Ağalarov ilk dəfə olaraq simfonik orkestrlə birgə konsert verəcək.
APA-nın müğənninin rəsmi saytına istinadən yaydığı xəbərə görə, konsert dekabrın 11-də Moskva şəhərində gerçəkləşəcək.
Qeyd edək ki, Eminin may ayında “After The Thunder” adlı ikinci albomu işıq üzü görüb. Azərbaycanlı ifaçının bir çox hitləri Avropa çarxlarında əhəmiyyətli yer tutur.