|
|
|
|
Türkiyənin 8-ci prezidenti Turqut Özalın məzarına baxış olub.
525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İstanbul prokurunun səlahiyyətlərini yerinə yetirən Oqtay Ərdoğan və "Ergenekon" müstəntiqi Müammər Aktaş mərhum prezident Turqut Özalın məzarına baxış keçirib.
Heyətin məzarın necə açılacağına dair texniki baxış keçirdiyi bildirilir.
Qeyd edək ki, Ankara Prokurorluğu mərhum prezidentin ölümüylə bağlı şübhələri araşdırmaq üçün məzarın açılmasına qərar verib.